Mühacirətdə “Bakı rüzgarı” romanını yazan azərbaycanlının məzarı

 

Harda bir azərbaycanlı uyuyursa ora vətənin bir parçasıdır. İnsan da bir vətəndir. İstər sağ olsun, istər ölü... Və dünyanın dörd bir yanında tanınmış-tanınmamış həmyerlilərimizin məzarları var. Bu barədə oxucuları məlumatlandırmaq üçün “Gözü yol çəkən məzarlar” adlı layihəmizə davam edirik.

 

***

 

Bu dəfə Ankaranın Karşıyaka məzarlığında dəfn olunan azərbaycanlılardan bəhs edəcəyik.

 

İsmayıl Saryal  

 

İsmayıl Saryal 13 fevral 1889-cu ildə Azərbaycanın Gəncə şəhərində, Mina Bəyim xanımın və Dərnəklər müdiri Mir Hacı Seyid Əhmədin ikinci övladı kimi dünyaya gəlib. Orta təhsilini əvvəl Gəncədə, sonra isə Lənkəranda alıb. Ali təhsil almaq üçün Ukraynanın paytaxtı Kiyevə gedərək, orada elektrik mühəndisliyi ixtisasını öyrənir, amma 1917-ci il Rus İnqilabı nəticəsində təhsilini yarımçıq saxlamağa məcbur olaraq Bakıya qayıdır. Yeni qurulan Azərbaycan Cümhuriyyəti hökumətinin yaratdığı imkanla Almaniyada, Berlin Texniki Universitetində elektrik mühəndisliyi ixtisasını öyrənməyə başladı. Təhsilini tamamladıqdan sonra evlənərək Vətənə döndü.
 

 

Bakı-Suraxanı elektrik qatar xəttinin inşasında mühəndis olaraq, Bakıdakı Əzizbəyov adına Neft və Kimya İnstitutunda assistent və Nərimanov adına Texnikumda dosent olaraq işləyib.


1929-cu il sentyabr ayında xanımı və yeni doğulmuş oğlu ilə İrana, 1930-cu ilin yay aylarında isə yeni vətəni Türkiyəyə gedir.
 

 

Ankarada Elektrik və Havaqazı Fabrikində işə girir və bu müəssisədən 1961– ci ildə baş mühəndis olaraq təqaüdə çıxır. Türkiyədə yaşadığı illərdə “Bakı ruzigarı” romanını yazır. 1979-cu ilin may ayında, Azərbaycan SSR Elmlər Akademiyasının rəhbəri Həsən Abdullayevin dəvəti ilə Azərbaycanda gəlir. Səfər zamanı onu bir sıra elmi mərkəzlərlə yaxından tanış edirlər.

 

İsmayıl Saryal 13 fevral 1982-ci ildə Ankarada vəfat edib. Həyat yoldaşı Leyla xanımla Ankaranın Karşıyaka məzarlığında dəfn olunub.
 

 

 

Davut Saryal

 

1902-cı ildə Mina Bəyim xanımın və Dərnəklər müdiri Mir Hacı Seyid Əhmədin üçüncü övladı kimi Gəncədə dünyaya gəlib. Gəncədə orta məktəbi bitirdikdən sonra Bakı texniki peşə məktəbində təhsil alır. 1930-cu illərdə İrana ordan isə qardaşı  İsmayıl Saryalın yanına Ankaraya gəlib.

 

 

Qardaşının köməkliyi ilə Almaniyaya gedn Davud 1935-ci ildə  Karlsrue Ali dərəcəli mühəndis məktəbinin Makina bölümünü bitirir. Daha sonra 1935-37-ci illərdə Alman Dəmiryolları  Lokomativ təmir atelyelərində mühəndislik edir. Türkiyəyə qayıdandan sonra mühəndis kimi bir çox naliyyətlərə imza atır. Belə ki, Ankara, Sivas, Əskişhər İzmir şəhərlərində Dəmir yolları sahəsində texniki müdür, baş mühəndis kimi çalışır və Ali dərəcəli  mühəndis adını alır.

 

 

O, həmdə futbol, güləş sahəsində peşəkar səviyyədə məşğul  və Türk mühəndislər birliyinin Əskişəhər Dəmirspor Gənclik klubunun üzvü olub. Meliha adlı türk qadınıyla ailə qurur və Pamir, Mina adlı uşaqları dünyaya gəlir. Son illərdə numizmatıka, pul kolleksiyaları toplayıb.

 

 

Davut Saryal 9 fevral 1982-ci ildə Ankarada vəfat edib. Karşıyaka məzarlığında dəfn olunub.
 

Rus qəbiristanlığında uyuyan azərbaycanlılar – “Gözü yol çəkən məzarlar”

Hacı Zeynalabdin Tağıyevin Parisdə dəfn edilmiş nəvəsi

İtaliyada monqol adı ilə basdırılmış 120 azərbaycanlı - “Gözü yol çəkən məzarlar” 

Borçalıda doğulan, Buenos-Ayresdə ölən, Varşavada basdırılan azərbaycanlı polkovnik - “Gözü yol çəkən məzarlar”

Almaniyada çəkiclə qətlə yetirilən, qardaşı ilə bir qəbirdə basdırılan məşhur azərbaycanlı

İtalyanların başına and içdiyi “İvan Russkiy” ləqəbli seyid 

Mehdi Hüseynzadənin uyuduğu məzarlıqdan FOTOREPORTAJ

Sankt-Peterburqdakı bu məzarlıqda onun adı birincidir

Mopassan, Bekket və Kortasarla eyni məzarlıqda yatan 3 azərbaycanlı

Fransada Zəfər Tağından keçirilərək dəfn edilmiş yeganə azərbaycanlı

Rəsulzadənin parlamentdə çıxışı zamanı ağlayan baş redaktor - “Gözü yol çəkən məzarlar”

Yoldaşı Gəncə üsyanına başçılıq edən, özü təyyarə qəzasında ölən general qızı

Ermənilər tərəfindən Tbilisidə öldürülüb orda da basdırılan Cümhuriyyət liderləri

 

 

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018