Vətən sözü...

Leyla Əsədullayeva

 

Bəlkə, bu gün doğulacaq,

Bir körpə qışqırtısıyla,

Vətən sözü.

O, heç vaxt, yaşlanmayacaq.

 

Mənim şair ürəyimdə,

Bir tilsimdi, vətən sözü.

Nə ad qoyum, necə deyim,

Şuşa kimi, bir nisgildi

Vətən sözü.

 

Mən, o sözü saatlarca

Vəsf edərəm.

Mən, o sözü həyatıma

Tən edərəm.

 

O, şəhidin qanı kimi,

Müqəddəsdir.

O, Tanrının adı kimi,

Müqəddəsdir.

 

Bilmirəm, necə vəsf edim,

O sözü mən?

Nə deyim ki, anam,

Məndən inciməsin?

 

Nə ad qoyum?

Laçın deyim?

Təbriz deyim?

Bakı deyim?

 

Ona, görən gözlərimin,

Nuru deyim?

Yoxsa, heç vaxt görmədiyim,

Ən şirin bir yuxu deyim?

 

Qədim Şərqin qaşı deyim?

Qafqazın günəşi deyim?

Dalğalar yuyur qanları.

Xəzərin göz yaşı deyim?

 

O sözçün, axıdılan qan,

Müqəddəsdir.

O sözçün, itirilən can,

Müqəddəsdir.

 

O sözdür, məni var edən,

Bu dünyada,

O sözdür, cismi can edən,

Bu dünyada.

 

 

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018