ƏSA Teatrı Ümumdünya Sərgisində təmsil olunur

 

ƏSA Teatrı “Baku EXPO 2025”-in dəstəkçisi oldu

 

Teatrın baş meneceri Nicat Qulamın Kulis.aza verdiyi açıqlamaya görə inklüziv ƏSA teatrını “Bakı EXPO 2025” dəstək qrupunda teatrın əməkdaşı Elman Süleymanov təmsil edir. Dünyanın ən mötəbər tədbirlərindən biri olan bu sərginin şəhərimizdə keçirilməsini biz də ƏSA teatrı olaraq öz növbəmizdə dəstəkləyirik. İnanırıq ki, bütün digər beynəlxalq tədbirlər kimi “EXPO 2025” Ümumdünya Sərgisi də şəhərmizə, ölkəmizə müsbət tövhə verəcək.

 

“World EXPO” uzun illərdir dünyanın fərqli şəhərlərində keçirilir. Eyfel Qülləsi və Azadlıq Heykəli kimi son memarlıq yenilikləri ilk dəfə məhz Ekspo sərgiləri zamanı nümayiş etdirilmişdir. Bakı “EXPO 2025” Ümumdünya Sərgisinə namizədliyini “insan kapitalının inkişafı və daha yaxşı gələcəyin qurulması” mövzusu ilə təqdim edib. Bu ilin  noyabr ayında keçiriləcək seçkidə namizəd şəhər təstiqlənəcək.

 

Qeyd edək ki, hal-hazırda “EXPO 2025”  Ümumdünya Sərgisinin ev sahibliyinə  Bakı ilə yanaşı, Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka və Fransanın paytaxtı Paris şəhərləri də namizədliklərini irəli sürüb. Bakı digər namizədlər arasında ən perspektivli olan şəhərdir.

 

 

LENT

21 May 2018
20 May 2018
19 May 2018
18 May 2018