Kitab oxumamağımızın 7 Vacib Səbəbi

Kulis.az Azərbaycanlı oxucunun kitab oxumamağının 7 vacib səbəbini diqqətə çatdırır.

 

1. Texnologiyanın inkişafı

 

 

Bu yeniliyə cəmiyyət çox tez adaptasiya oldu. Vaxtımızın böyük bir qismini evdə, məktəbdə, ictimai nəqliyyatda, ümumiyyətlə hər yerdə elektron cihazlarla keçiririk. Kitab unudulur.

 

2. Yanlış seçim

 

Image result for kitap çeşidi

 

Kitab oxumağa qərar verdiyiniz zaman hansı janrı sevdiyinizi müəyyən etməlisiniz. Əks halda sevginiz getdiksə soyuyacaq. Seçim imkanınız zəifdirsə, inandığınız dostlardan, səviyyəli sayt və dərgilərdən, sevdiyiniz yazıçıların tövsiyələrindən yararlana bilərsiniz.  

 

3. Qəliz dil

 

Image result for korrektura

 

Kitabın dilinin qəlizliyi ona olan marağımızı azaldan əsas amillərdən biridir. Mənasını bilmədiyimiz kəlmələr, ifadələr, söz birləşmələri bir dəfə, iki dəfə, lap on dəfə oxuna bilər, lakin sonda kitabı tərk etdirər.  

 

4. Pis tərcümə və qüsurlu cümlələr

 

Image result for tərcümə

 

Pis tərcümə oxumağa yeni başlayanları daha tez həvəsdən salır. Kitab axıcı bir şəkildə getdiyi yerdə qüsurlu bir cümlə bu rəvanlığı pozur. Bu durum, bir ləpənin çürük olması və o birilərin dadını da itirməsinə bənzəyir. 

 

5. Vaxt ayırmama

 

Image result for zaman kısıtlığı

 

Ağıllı telefonlardan imtina etsək də, kitaba adaptasiya olmaq olduqca çətindir. Qalın kitabları oxuyarkən tez-tez qalan səhifələrə baxmaq bizə bir zaman itirmə duyğusu yaşadır və mütaliəni dayandırırıq. Ona görə, 150-200 səhifəlik kitablardan başlamaq və məşq etmək daha məqsədəuyğundur.

 

6. Mühit

 

Image result for ailece okuma

 

Ailə, məktəb, dost çevrəsi, iş yerləri... Hətta yaşadığın ölkə, mənsub olduğun toplum kitaba münasibəti şərtləndirən ciddi amillərdir. İnsan öz mühitinə uyğun örnək alır, dərs götürür, cəmiyyətə xas ənənələri mənimsəyir. Örnək alınacaq sistem və ənənə yoxdursa kitabla ünsiyyət çətinləşir. Kitab oxumağın əhəmiyyəti ilə bağlı ailə və müvafiq qurumların reklam işi, bu istiqamətdə tədbirlərin artırılması nəticəni dəyişdirə bilər.

 

7. Kitabların qiyməti

 

 

İqtisadi sıxıntısı olan ölkələrdə bu problem xüsusilə qabarıqdır. Oxucular həmişə şikayətlənir. Bu gün kitabın orta qiyməti 8-10 manatdır ki, bu da oxucu kütləsi üçün balaca rəqəm sayılmaz. Bəzən ürəyindən keçsə də, oxucu gündəlik xərclərindən 10 manat ayırıb kitab almağa ürək eləmir.    

 

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018