Rokfeller kolleksiyaları satışda rekord qırdı

ABŞ-lı milyarder Devid Rokfeller və həyat yoldaşı Peqqi Rokfellerlərin hərraca çıxarılan rəsm, heykəl, keramika, mebel və dekorativ əsərlərdən ibarət incəsənət kolleksiyası 646 milyon dollar satışla ilk gündən rekord qırıb.

 

Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə Nyu-Yorkdakı Kristi Hərrac evi Pablo Pikassounun 1905 tarixli “Çiçək səbətli kiçik qız” tablosunun 115, Klod Monenin “Su zanbaqları” əsərinin 84.6 və Henri Matissin “Maqnoliyalı kəniz” tablosunun 80.7 milyon dollara satıldığını açıqlayıb.

 

Hərracdan gələn gəlir Rokfellerlər Ailəsinin dəstəklədiyi xeyriyyə qurumları arasında paylaşdırılacaq.

 

David Rokfeller 2017-ci ildə 101 yaşında vəfat edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018