Azərbaycanlı rəssamın əsəri Britaniya Kraliçasına hədiyyə edilib

9-13 may tarixlərində Böyük Britaniyada möhtəşəm Kral Vindzor At Şousunun 75 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib. Tədbir çərçivəsində azərbaycanlı rəssam Cəsar Məmmədovun müəllifi olduğu İkinci Elizabetin portreti Azərbaycan adından rəmzi xatirə hədiyyəsi olaraq  Ülyahəzrətə təqdim  edilib.

 

Cəsar Məmmədov Azərbaycan rəssamlıq sənətində özünəməxsus bir məktəb yaratmış, Əməkdar rəssam, UNESCO Rəssamlar İttifaqının üzvü Sakit Məmmədovun ailəsində dünyaya göz açıb. O,yüksək yaradıcılıq nailiyyətlərinə görə Avropa Akademiyasının “Şərəf “ ordeninə layiq görülüb.

 

2012-ci ildən etibarən Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə “Qarabağ” atları Kral Vindzor At Şousunda ölkəmizi uğurla təmsil edirlər. Azərbaycanlı  çaparların builki “Land of Fire - Azerbaijan” xüsusi şou-proqramdan ibarət  və “Sərhədçi” rəqs ansamblının müşaiyət etdiyi çıxışları da əvvəlki illərdə olduğu kimi yenidən tamaşaçılar tərəfindən  böyük maraqla qarşılandı.

 

 

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018