Opera müğənnimiz beynəlxalq festivalda

Azərbaycanlı opera müğənnisi TÜRKSOYun yaranmasının 25-ci ilinə həsr olunmuş Türk Dünyası opera ulduzlarının beynəlxalq festivalında iştirak edib.

 

Kulis.az-ın verdiyi xəbərə görə, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğısıtanın təmsil olunduğu festivalda  ölkəmizi soprano səsli opera müğənnisi Eleonora Mustafayevə təmsil edib.

 

Türkiyənin Qaziantep, Kahramanmaraş və Adana şəhərlərində baş tutan turne konsertdə klassik və türk bəstəkarlarının əsərlərinin səsləndirilib.

 

70-ə yaxın sənətçidən ibarət olan və məşhur dirijor Pyotr Qribanovun idarə etdiyi  Qazaxıstan Dövlət Simfonik Orkestrinin müşaiyəti ilə çıxış edən Eleonora Mustafayeva Cakamo Puççininin “Canni Skikki” operasından Laurettanın ariyasını, Fikrət Əmirovun “Sevil” operasından Sevilin ariyasını, Cüzeppe Verdinin “Trubadur” operasından Leonoranın ariyasını və Üzeyir Hacıbəylinin “Arşın mal alan” operasından Gülçöhrənin ariyasını ifa edib.

 

LENT

21 May 2018
20 May 2018
19 May 2018
18 May 2018