“Yazıçı”nın bu sayı Nizami Gəncəviyə həsr olundu

“Oğuz Eli” qəzetinin “Yazıçı” adıyla nəşr olunan builki birinci buraxılışı Azərbaycanın dahi şairi Nizami Gəncəliyə həsr olunub. Kulis.azın məlumatına görə buraxılışın ilk səhifəsində Azərbaycan Demokratik Cümurhiyyətinin banisi Nizami Gəncəvi yaradıcılığının geniş və samballı araşdırıcısı Məhəmməd Əmin Rəsulzadənin “Nizamidə Türklük” məqaləsi verilib.

 

“Hər kəlməni, hər şerini bir top kimi atdın, Sevda yuxusundan bizi vaxtında oyatdın” misraları Səməd Vurğunun dahi şairimizə həsr etdiyi “Nizami” adlı şeirindəndir.

 

Dərginin səhifələrində Nizami Gəncəvi əsərlərindəki şeirlər və məşhur şərqşünaslardan E.Bertels, A.E.Krımski, eləcədə görkəmli Azərbayçan alimləri M. Rəfili, M. Cəfər, H. Araslı, Rüstəm Əliyev,  Mirzə İbrahimov, Yaşar Qarayev, xalq yazıçısı Anar, Elçin və N. Araslı, Əkbər Ağayev,  Qəzənfər Əliyev, İsa Həbibbəyli, Teymur Kərimli, Zümrüd Quluzadə, Almaz Ülvi Binnətova, Zəhra Allahverdiyevanın məqalələrindən ixtisarla verilmiş parçalarda dahi mütəfəkkirin yaradıcılığında hər zaman yeni-aktual olan ideya, bəşəri dəyərlər öz əksini tapmışdır.

 

Akademik Zemfira Səfərovun “Nizami Gəncəvinin və Üzeyir Hacıbəyovun musiqili qəzəlləri” və Əməkdar İncəsənət Xadimi sənətşünas Ziyadxan Əliyevin “Nizami poeziyası təsviri sənətdə” məqalələri və bununla bağlı səhifələrdə əks olunmuş rəssam, tişə ustalarının  əsərləri buraxılışa xüsusi dəyər verir.

 

Bəzi səhifələrin başında qara kursiv həriflərlə verilmiş dünya və Azərbaycanın məşhur söz-fikir ustadlarından Saib Təbrizi, V. Dəstəgerdi(iran), İ. Brakonski(rus), Y. V. Höte(alman), Şibli Nemani(hind), Rudolf  Qelpne(isveç), M.F. Axundzadə, M.Ə. Sabir, F. Köçərlinin söylədikləri yığcam və geniş tutumlu bircə cümləsi Nizami Gəncəvinin qüdrətindən, azmanlığından xəbər verir.

 

Gənc şairlərdən Xanəmir Telmanoğlu, Ayişə Nəbi, Fəxri Uğurlu, Fərid Hüseynin mütəfəkkir şairimiz barədə yazdıqları bir-birindən seçilən mətinləri ilk dəfədir dərgidə çap olunur. Nizami Gəncəvi haqqında yazılmış kitabların siyahısının buraxılışda çap olunması, böyük şairimizin gələcək araşdırıcıları üçün vaxta-zamana qənaət baxımından dəyərli hədiyyədir.

 

Buraxılışın tərtibçisi və redaktoru Azər Abdulla.   

 

 

 

 

 

LENT

17 İyul 2018
16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018