Ramiz Məlik Məleykə Əsədovaya 1000 manat verəcək - QƏRAR

 

Bu gün Bakı Apellyasiya Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı məhkəmə qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

 

APA-nın xəbərinə görə, hakim Etibar Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, R. Məlik mətbuatda təkzib verməklə yanaşı, M. Əsədovaya 1000 manat məbləğində pul ödəyəcək.

 

Qeyd edək ki, M. Əsədova Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, R. Məlik tərəfindən şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.

 

Məhkəmə bu şikayəti təmin etmədiyi üçün M. Əsədova apellyasiya şikayəti verib.

 

 

LENT

17 İyul 2018
16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018