Musiqili Teatr Bekketin əsərini təqdim edəcək

Musiqili Teatr Absurd teatrın yaradıcılarından olan fransız əsilli irlandiyalı yazıçı-dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı (1969) laureatı Semuel Bekketin məhşur - “Qodonun intizarında” əsəri üzərində son məşqlərini tamamlamaq üzrədir.

 

Teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Aslanovanın Kulis.az-a verdiyi açıqlamada  bildirib ki, bu əsər bir çox nüfuzlu teatr arenalarını bəzəsə də, musiqili teatrlarda heç vaxt oynanılmayıb. Dünyada ilk dəfə “Qodonun intizarı” - absurd aləmin şah əsəri üçün simfonik musiqini məhz Azərbaycanda əməkdar incəsənət xadimi, professor Fərəc Qarayev yazıb.  

 

Tamaşanın bədii rəhbəri əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr diplomçusu Yunis Vəlipur, tərcümə edəni Şövqi Hüseynovdur.

 

Rolları əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Hüseyn Əlili, on yaşlı aktyor Hüseyn Nağıyev və başqaları ifa edirlər. Tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanov, quruluşçu baletmeysterləri əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Nərminə Əbdürəhmanova, səhnə tərtibatı Qabil Gözəlov, rejissor assistenti Əliməmməd Novruzovdur.

  

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018