Fələstinin çəkilməyən filmi

Uşaqlıq dostum bizə gəlmişdi.

 

O, çox istedadlı, duyğulu adamdır. Sadəcə rayon mühitində qaldığı üçün özünü heç cür realizə edə bilməyib.

 

Ancaq nə qədər olmasa, ürək həmin ürək, enerji həmin enerjidir.

 

Axşam xeyli dərdləşdik. Bayağı seriallara, düşük televiziya proqramlarına laqeydliyini görüb sevindim.

 

O bunu duyurmuş kimi sevincimi lap da kvadrata yüksəltdi. Dedi, yaxşı bir film qoy, baxaq.

 

Düşündüm, nə seçim, necə seçim...

 

Başımı hər tərəfdən qaşıyıb, axırda Roberto Benininin “Həyat gözəldir” filmi üzərində dayandım.

 

Bilməyənlər üçün deyim ki, bu film yəhudi soyqırımından bəhs edən ən gözəl filmdir və indiyədək 7 nominasiya üzrə Oskar alıb.

 

Dostum filmə baxa-baxa göz yaşlarını saxlaya bilmədi.

 

Sonda yanaqlarını qurulayıb üzünü mənə tutdu:

 

“Görəsən, indi belə faciəvi hadisələr olur?”

 

Dedim:

 

“Olur. Bax filmdə gördüyün bu zülmü çəkən millətin övladları onun eynisini Fələstindəki günahsız uşaqlara, qocalara yapırlar, amma o hadisələri filmə çəkən yoxdur.”

 

Dostum ah çəkib pəncərədən uzaqlara baxdı.    

 

 

    

LENT

21 May 2018
20 May 2018
19 May 2018
18 May 2018