"Teatr.doc"un yaradıcısı vəfat etdi

Rusiyalı rejissor və dramaturq, “Teatr.doc”un yaradıcılarından biri Yelena Qremina 61 yaşında vəfat edib.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Qremina ürək çatışmazlığından dünuyasını dəyişib.

 

Qremina 1956-cı ildə Moskvada doğulub. 2002-ci ildə əri Mixail Uqarov və dramaturq Aleksandr Rodinovla birgə  ilə “Teatr.doc”un əsasını qoyub.

 

Qremina teatrın direktoru işləyib. 2013-cü ildə teatrda öz pyesi əsasında “Vətəni qorumamağın 150 səbəbi” tamaşası ilə rejissor kimi debütünü edib.Bundan başqa Qremina “Peterburq sirləri”, Sevgi müşavirləri”, “Otuz yaş”, “Bölgədə sevgi” kimi seriallara ssenarilər yazıb.

 

LENT

21 May 2018
20 May 2018
19 May 2018
18 May 2018