Opera və Balet Teatrı "Jizel"i göstərəcək

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanin  “Jizel” baletinin tamaşası keçiriləcək.

 

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən xəbərə görə, iyunun 16-da təqdim olunacaq tamaşada əsas rolları Rusiya Dövlət Akademik Böyük Opera və Balet Teatrının aparıcı solistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Mariya Vinoqradova (Jizel) və David Motta Soares (qraf Albert) ifa edəcəklər.  Qeyd edək ki, qraf Albert rolunun ifaçısı D.Soares Braziliya balet məktəbinin yetirməsidir.

 

Rusiyalı balet ustaları ilə bərabər tamaşada teatrımızın solistləri - Ayan Eyvazova (Mirta) və Timur Oduşev (Hans) iştirak edəcəklər.

 

Tamaşanı Azərbaycanın Əməkdar artisti Əyyub Quliyev idarə edəcək.

 

LENT

17 İyul 2018
16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018