Bakıda erotik tamaşa göstərildi

ADO müstəqil teatrı “MimOda” adlanan erotik tamaşasını təqdim edib.

 

Kulis.az-ın verdiyi xəbərə görə, “18+” yaş senzi ilə təqdim olunan tamaşa uzun zaman fasilədən sonra oynanılıb.

 

“MimOda” tamaşası 2015-ci ildə hazırlanıb təqdim olunmuş və birmənalı qarşılanmamışdı. Xeyli müddət tamaşanın oynanılması dayandırılmışdı.

 

“MimOda” iki evsiz adamın sevgisindən danışır. Onlar düşünür ki, sevginin dili yoxdur. Və elə ki məsələ danışmaq mərhələsinə keçir, hadisələr dəyişməyə başlayır.

 

Tamaşanın rejissoru İmam Həsənovdur. Əsas rollarda Elmin Bədəlov, Elza Furtado və Sabir Məmmədov çıxış edirlər.

 

 

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018