Bakıda “Qədim el sənətləri” festivalı təşkil ediləcək

Bakıda “Qədim el sənətləri” festivalı təşkil ediləcək

 

Mayın 25-26-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Qədim el sənətləri” adlı festival keçiriləcək. Festival Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə reallaşacaq.

 

Kulis.azın Azərtaca istinadən verdiyi məlumata görə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi çərçivəsində gerçəkləşəcək festivalda müxtəlif musiqi kollektivləri iştirak edəcək, kitab sərgiləri açılacaq, habelə tamaşalar göstəriləcək, milli geyimlər, interaktiv oyunlar, xalça toxuma və bu kimi nümunələr təqdim olunacaq.

 

Festivalın kuratoru “Mədəniyyət” telekanalının “Xalq yaradıcılığı” redaksiyasının baş redaktor müavini, tarix elmləri doktoru Güllü Yoloğludur.

 

 

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018