Barak Obama prodüser olacaq

ABŞ eks-prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama Netflixlə müxtəlif formatlı filmlərin prodüserliyi ilə bağlı müqavilə bağlayıblar.

 

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə bu barədə şirkət öz sosial şəbəkə səhifəsində yazıb.

 

“Keçmiş prezident Barak Obama və Mişel Obama Netflix filmlərinin və seriallarının, xüsusən də tv-şouların, sənədli serialların, sənədli və bədii filmlərin prodüserliyinin həyata keçirilməsi ilə bağlı bir neçə illik müqavilə bağlayıblar”, – məlumatda deyilir.

 

Bundan əlavə The New York Times qəzetinin verdiyi məlumata görə Obama bundan ötrü Higher Ground Productions adkı şirkət təsis edib.    

 

 

LENT

23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018