“Azərbaycan hekayələri” kitabı Londonda

Azərbaycan Tərcümə Mərkəzinin növbəti beynəlxaq nəşri - müasir Azərbaycan ədəbiyyatının dolğun mənzərəsini əks etdirən “Azərbaycan hekayələri” kitabı Böyük Britaniyada işıq üzü görüb.

 

Əbdürrəhim bəy Haqverdiyev, Əli Vəliyev, Mir Cəlal, Ənvər Məmmədxanlı, İsmayıl Şıxlı, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Yusif Səmədoğlu, Maqsud İbrahimbəyov, Anar, Vaqif Nəsib, Şahmar, Elçin, Mövlud Süleymanlı, Sara Oğuz, Seyran Səxavət, Məmməd Oruc, Kamal Abdulla, Aqil Abbas kimi tanınmış Azərbaycan ədiblərinin hekayələri toplanan kitabın redaktoru ingilis filoloqu, yazıçı-tərcüməçi Anne Thompson, “Ön söz”ün müəllifi “British Council Azərbaycan” ofisinin direktoru, filoloq Elizabet Uaytdır. 

 

Kitab Böyük Britaniyanın “Hertfordşir Press LTD” nəşriyyatında çap edilib.

 

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018