“Azdrama” Mehdi Məmmədovun məzarını ziyarət edib

 

Akademik Milli Dram Teatrının kollektivi Fəxri xiyabanda xalq artisti, görkəmli rejissor Mehdi Məmmədovun məzarını ziyarət edib.

 

APA-nın məlumatına görə, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov Mehdi Məmmədovun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışıb.

 

O qeyd edib ki, Mehdi Məmmədov Azərbaycan teatrı və mədəniyyətinin böyük simalarından biridir: “Mehdi müəllim həm Akademik Milli Dram Teatrında, həm də Teatr Xadimləri İttifaqında çox böyük işlər görüb. Mehdi Məmmədovla bağlı mənim çox gözəl xatirələrim var. O, təkcə sənətkar kimi yox, eyni zamanda müəllim və insan kimi də böyük mənəvi keyfiyyətlərə malik şəxsiyyət idi”.

 

Mehdi Məmmədovun ailə üzvləri adından çıxış edən Əsəd Məmmədov görkəmli sənətkarın quruluş verdiyi tamaşalar, yetişdirdiyi tələbələr haqqında danışıb: “Teatr onun həyatı idi. Mehdi Məmmədov öz həyatını teatrsız təsəvvür edə bilmirdi, həyatın hər bir hadisəsini teatra qısqanırdı. Teatra olan hədsiz marağının nəticəsi idi ki, ruhani olan atasının iradəsi əleyhinə çıxıb bu sənəti seçmişdi. Ömrünün sonuna qədər müəllim oldu, tələbələr yetişdirdi, teatrımızın inkişafı üçün əlindən gələni etdi”.

 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev görkəmli teatr rejissoru, tanınmış aktyor, teatrşünas alim və pedaqoq, xalq artisti Mehdi Əsədulla oğlu Məmmədovun anadan olmasının 100 illiyinin qeyd olunması münasibəti ilə sərəncam imzalayıb.

 

 

LENT

23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018