Filip Rot vəfat etdi

Amerika yazıçısı Filip Rot 86 yaşında vəfat edib.

 

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə bu barədə məlumatı yazıçının dostu Cudi Turman yayıb.

 

Rot son illər həm Nyu-York, həm də Konnektikut ştatlarında yaşayırmış.

 

Filip Rot 25-dən çox romanın müəllifidir. 1998-ci ildə Pulitser mükafatını qazanıb. Bundan başqa 2001-ci ildə Frans Kafka, 2011-ci ildə Beynəlxalq Buker mükafatını qazanıb.

 

Onun adı tez-tez Ədəbiyyat üzrə Nobel mükafatına namizədlər arasında hallanırdı.

 

LENT

23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018