Buker mükafatının qalibi polyak yazıçı oldu

2018-ci ilin Buker mükafatını polyak yazıçısı Olqa Tokarçuk qazanıb.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, qaliblərin adı mayın 22-də Londonda Viktoriya və Albert muzeyində açıqlanıb.

 

Tokarçuk Buker mükafatına “Uçuşlar” (Fights”) romanına görə seçilib. Qalib üçün həmçinin pul mükafatı da nəzərdə tutulub. Belə ki, o, 50 min funt sterlinq (67 min dollar) alacaq. Bu mükafatı Olqa Tokarçuk əsərini ingiliscəyə çevirən Cenifer Kroftla bölüşəcək.

 

Buker mükafatı 1969-cu ildən təqdim olunur. Ötən il bu mükafatı amerikalı yazıçı Corc Senders qazanmışdı. 

 

 

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018