Riçard Gir seriala çəkilir

Rişard Gir 30 ildən sonra ilk dəfə seriala çəkilir.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur Hollivud aktyoru Riçard Gir “Ana, ata, oğul” dramında əsas rolda oynayacaq.

 

8 bölümdən ibarət olan filmi Tom Rob Smit çəkir. Riçard Girin qəhrəmanı amerikalı media maqnatıdır. O, nikahı pozulmuş kişidir və Böyük Britaniyada depressiv həyat yaşayan 30 yaşlı oğluna kömək etmək istəyir.

 

“Sonuncu dəfə teleserialda 30 il əvvəl işləmişəm. Istedadlı insanlarla aktual layihədə iştirakdən mənunam.”-deyə Gir şərh verib.

 

Çəkilişlər bu yay  Londonda və İspaniyanın şəhərlərində birində aparılacaq.

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018