Həmyerlimiz beynəlxalq festivalda qalib olub

 

Türkiyənin İstanbul şəhərində keçirilən 13-cü Beynəlxalq Piano Festivalında ölkəmiz də təmsil olunub.

 

Müsabiqədə Azərbaycanı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının orta ixtisas musiqi məktəb-studiyasının şagirdi Zərrin Şükür təmsil edib.

 

Festivalda ikinci yerə sahib olan Z.Şükür, eyni zamanda, festival çərçivəsində yeddi ustad dərsində iştirak edib. Bundan əlavə, həmyerlimiz müəllimi ilə birlikdə “Dörd əl üçün fortepiano dueti” adlı ustad dərsində çıxış edərək festivalın xüsusi mükafatına layiq görülüb./azertag.az/

 

 

LENT

23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018