Rasim Balayev avtoritet olacaq

 

Xalq artisti, tanınmış aktyar Rasim Balayev yeni seriala çəkilib. Yaxın günlərdə serial Xəzər televiziyasında nümayiş olunacaq.

 

Aktyor serialın Kamran Cəfərovun “Şifrələnmiş Brailler” əsərinin motivləri əsasında çəkildiyini və detektiv janrda olduğunu bildirib:

 

“Mən dəfələrlə açıqlamalarımda da demişdim ki, seriallara çəkilmək istəmirəm. Dəfələrlə təkliflərdən imtina etmişəm. Çünki böyük filmlərə çəkilmək istəyirəm. Amma rejissor saqqızımı oğurladı və özüm də bilmədim necə oldusa, çəkilməyə razılıq verdim. Serialın rejissoru Sərdar Gözəlovdu. Məni filmdə kriminal avtoritet kimi görəcəksiniz. Sayılıb-seçilən və hər kəsin hörmət etdiyi bir obrazdır. Bilmirəm tamaşaçılar bəyənəcək, ya yox”.

 

Maraqlıdır, aktyor nə vaxtsa həyatda avtoritet olmaq istəyibmi?

 

“Heç vaxt bu barədə düşünməmişəm”- aldığımız cavab belə oldu./yenicag.az/

 

 

LENT

23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018