Xalq artisti açıq-saçıq səhnələrə etiraz etdi: “Olmaz!”

Xalq artisti, tanınmış rejissor Cənnət Səlimova teatrda açıq-saçıq səhnələrlə bağlı fikirlərini bölüşüb.

 

Rekissor yenicag.az-a açıqlama verən rejissor tamaşaçıya hörmətlə yanaşmağın vacib olduğunu bildirib:

 

“Tamaşaçıya hər zaman hörmətlə yanaşmaq lazımdır. Avropada normal qəbul edilən hansısa erotik səhnə Azərbaycan tamaşaçısı üçün təhqir kimi qəbul edilə bilər. Buna görə də tamaşaçı ilə hesablaşmaq lazımdır. Aktyoru, aktrisanı da pis vəziyyətdə qoymaq olmaz. Mən aktrisanı səhnədə soyundursam, onun sonrakı aqibəti necə olar bəs? Şəhərdə onu barmaqla göstərərlər. Buna görə də aktrisanı mentalitetdən qorumalıyam. Parisdə qoyulan tamaşa Azərbaycanda səhnələşdirilə bilməz. Olar e… Amma valideyn övladı ilə tamaşaya gəlib baxırsa, onu niyə təhqir etməliyəm?”

 

LENT

19 İyun 2018
18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018