Gənc Tamaşaçılar Teatrında bu ay nələr olacaq?

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu həftəsonu bir gündə iki yeni tamaşanın təqdimatı və cari repertuarda olan ən maraqlı tamaşaları ilə tamaşaçılarının  görüşünə hazırlaşır.

 

Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə, iyun ayının 1-də P.Cullifordun “Şirinlər” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa saat  12 00 və 14 00 olmaqla ilk dəfə nümayiş olunacaq.

 

Axşam saat 1900 da isə böyük dramaturqumuz,  unudulmaz  H.Cavidin “Ana” mənzum dramının premyerasını təqdim edəcəkdir.

 

İyun ayının 2-də saat 12 00 və 1400-da  kiçik yaşlı daimi tamaşaçılarımız A.Şaiqin “Tıq-Tıq xanım” tamaşasını,  saat 1600  və 1900-isə böyük mütəfəkkir M.F.Axundzadənin “Hekayəti Xırs  quldurbasan” tamaşalarını təqdim edəcəkdir.

 

Tamaşalarda teatrın istedadlı aktyorları - Əməkdar Artistlər Şəfəq Əliyeva, Nübar Novruzova, Leyli Vəliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev Şövqi Hüseynov, Vahid Əliyev, Rasim Cəfərov,  aktyorlardan Manaf Dadaşov, Elnur Kərimov, Elşən Şıxəliyev, Ramil Məmmədov,  Elnur Hüseynov, Günel Məmmədova , Zemfira Əbdülsəmodova, Ədalət  Əbdülsəməd, Asya Atakişiyeva, Anar Seyfullayev, Xəyalə Meydanova,  Nuranə Hüseynova və başqaları iştirak edirlər.

 

Tamaşalara biletləri şəhərmizin mərkəzləşdirilmiş kassalarından və asan xidmət filliallarından əldə edə bilərsiniz.

 

 

 

LENT

19 İyun 2018
18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018