Rusiyalı rejissorlar: "Həmkarımızı azad edin"

Rusiyanın milli kino festivalı olan “Kinotavr”ın qalibləri elan olunub.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Qran-pri Natalya Meşşaninovanın “Dünyanın ürəyi” filminə verilib.

 

Ən yaxşı rejissor işinə görə isə Qriqori Konstantinopolski “Rus şeytanı” filminə görə mükafatlandırılıb.

 

Bağlanış mərasimində festival iştirakçıları “Qoqol teatr mərkəzi”nin bədii rəhbəri, rejissor Kiril Serebrennikovun və ukraynalı rejissor Oleq Sentsovun azad olunması xahişi ilə çıxış ediblər. Jürinin adından çıxış edən Andrey Plaxov həmin müraciəti oxuyub.

 

Xatırladaq ki, hər iki rejissor vəsait mənimsəməkdə ittiham olunaraq həbs edilib, məhkəmə onu ev həbsi ilə əvəz edib.

 

Rejissorların həbsi Rusiyanın tanınmış kino və teatr adamları tərəfindən etirazla qarşılanıb və bunu siyasi həbs adlandıranlar olub.

 

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018