İtaliyanın sinə böyütmə əməliyyatı keçirən ilk qadınını əri niyə öldürdü?

Kulis.az “Zannon – qaranlıq keçmişi olan unudulmuş ada” yazısını təqdim edir.

 

Tirren dənizinin dərinliklərində sahillərini mavi suların yuduğu Zannon adası uyuyur... İlk baxışdan adama elə gəlir ki, bu sakit italyan adası rahatlıq və dinclik axtaranlar üçün əsl cənnətdir. Halbuki adanın o qədər də yaxşı reputasiyası yoxdur. Onun adı seksual orgiyalarda hallanır.

 

 

Adanın yaxınına üzdükdə uzaqda müstəmləkə stilində tikilmiş villa ağarmağa başlayır. Həmən villada Markiz Kazati Stamp yaşayır və dəbdəbəli seks gecələri təşkil edirdi. Onun gözəlcə həyat yoldaşı isə bu seks gecələrin əsas fiqurlarından biri hesab olunurdu. O, cavan kişilərə meyl edir və bu ehtirasını söndürmək üçün həyat yoldaşının təşkil etdiyi orgiyalardan bolluca faydalanırdı.

 

 

Ancaq 1970-ci ilin günəşli günlərindən birində ağlı başından çıxan Markiz arvadını və onun məşuqunu qətlə yetirir, sonra isə necə deyərlər, bir güllə də öz alnına sıxır.

 

 

Hazırda adada heç kəs yaşamır. Yarıdağılmış villa isə qanlı faciənin izlərini hələ də özündə xatirə kimi saxlayır.

 

 

Ancaq uzaq 60-cı illərdə buralar adamla qaynayıb-qarışır, yaxta və motorlu qayıqlar adaya cürbəcür qonaqlar daşıyır, şərab çay kimi axır, sevginin və seksin hər növü yaşanırdı.

 

 

Nikah barədə azad fikirlərə sahib olan Kazati Stamp vuayeristliyi ilə də məşhur idi. O, həyat yoldaşı, keçmiş aktrisa Anna Fallarinonun adanın çimərliklərində başa kişilərlə sevişməsinə tamaşa edir və fotolarını çəkirdi.

 

 

Belə görünür ki, qısqanclıq xarakterinə yad hiss imiş, çünki o, tez-tez ova gedər və bu zaman arvadını öz cavan məşuqlarının yanında qoyarmış. Qadını anadangəlmə formada hovuzda üzər, qraflar, baronlar, milyarderlər də tamaşasına durarmışlar.

 

 

Adada tez-tez sonu orgiyalarla bitən maskaradlar təşkil olunarmış. Şayiələrə görə villanın otaqları başdan-başa güzgülərdən yığılıbmış. Yəqin bildiniz niyə?

 

 

Bu yaxınlarda adada aparılan təmir işləri zamanı tapılan minlərlə boş butulkalar, Annanın 1500-dən artıq çılpaq fotosu da burada orgiyaların keçirildiyini təsdiqləyir. Yeri gəlmişkən Anna İtaliyanın döş böyütmə əməliyyatı keçirmiş ilk qadını sayılır.

 

 

Adadakı intəhasız şənliklərə 1970-ci ilin avqust ayındakı bir faciə son qoyur.

 

 

Sən demə Anna çoxsaylı sevgililərindən birinə vurulubmuş. Romadakı evlərinə gələn markiz həyat yoldaşını yataqda başqası ilə tutur və ikisini də güllə ilə vurur, sonra isə bir güllə də öz alnına sıxır.

 

 

Görünür qadının bu hərəkəti qaydalara zidd imiş. Bəlkə də qaydalara görə sevişmək olar, sevmək olmazmış.

 

 

Zannon adası özünün qaranlıq erotik keçmişinə görə hələ də turistləri cəlb edir.

 

 

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018