Səfər Alışarlıdan yeni kitab gəlir

 

Yazıçı Səfər Alışarlının yeni kitabı işıq üzü görüb.

 

Bu haqda Kulis.aza açıqlama verən yazıçı deyib ki, müxtəlif vaxtlarda yazdığı hekayələr daxil edilib.

 

“Quraq fəsillər” adı altında çıxan kitab mövzu rəngarəngliyilə seçilir. Bu hekayələrdə müəllifin həyata fərqli baxış prizması və reallığın təzahürlərinə özünəməxsus münasibəti aydın görünür. Dərin psixologizm, lakoniklik, predmetin mahiyyətinin parlaq metaforalarla ifadəsi və fraza ritminin bir an belə unudulmayan döyüntüsü Səfər Alışarlı nəsrinin önəmli cəhətlərindəndir.

 

Kitab “Qanun” nəşriyyatında çapdan çıxıb. Xatırladaq ki, yaxın günlərdə "Quraq fəsillər" kitabını kitab mağazalarından əldə edə bilərsiniz. 

 

 

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018