"Vətən nəğməsi" layihəsi gerçəkləşib

Azərbaycan Dövlət Televiziyasının Azərbaycan Milli Konservatoriyası ilə birgə Milli Qurtuluş gününə həsr olunmuş “Vətən nəğməsi” adlı layihəsi baş tutub.

 

Kulis.az-ın verdiyi xəbərə görə, layihədə Azərbaycanın tanınmış incəsənət xadimləri iştirak edib

 

Layihənin ideya müəllifi Arif Alışanov, musiqi rəhbəri xalq artisti Siyavuş Kərimi, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Etibar Babayevdir. Əməkdar artist, vokalçı Ramil Qasımovun ifasında səslənən “Vətən nəğməsi”nin musiqisi mərhum Tofiq Quliyevə, sözləri Vaqif Nəsibə məxsusdur.

 

Layihədə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestri, Cahangir Cahangirov adına xoru, xalq artistləri Natiq Şirinovunmrəhbərliyi ilə “Natiq” ritm qrupu, əməkdar artistlər Şirzad Fətəliyev, Ruslan Hüseynov, İsgəndər Ələsgərov iştirak ediblər. Layihənin səs rejissoru Faiq Babayevdir. Layihədə Azərbaycanın tanınmış incəsənət xadimləri, Azərbaycan Milli Konservatoriyasının  professor və müəllim heyəti iştirak edib.

 

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018