DokuBaku kinofestivalı film qəbulu elan edib

II DokuBaku Beynəlxalq Sənədli Film Festivalı (BSFF) dünyanın müxtəlif ölkələrindən olan və həmçinin yerli rejissorlar üçün film qəbulunu açıq elan edir.

 

Kulis.az-ın verdiyi xəbərə görə, 4-9 oktyabr tarıxlərində Bakıda baş tutacaq II DokuBaku festivalının bu ilki mövzusu "Kəsişmələr"-dir və mövzu çərçivəsində seçilmiş filmlər müxtəlif sosial və mədəni məsələlərə yeni yanaşmalar axtaracaq.

 

Festival 2 bölmədən, tammetrajlı və qısametrajlı filmlər bölməsindən ibarətdir.

 

Dünyanın müxtəlif ölkələrindən dəvət olunacaq  filmlər Bakının mərkəzində müxtəlif məkanlarda nümayiş olunacaq. Yerli və əcnəbi tamaşaçılar filmlərin müəllifləri ilə canlı ünsiyyətdə olmaq şansı qazanacaqlar. Nəzərinizə çatdıraq ki, hər film nümayişlərinin ardından, rejissorların və auditoriyanın iştirakı ilə, filmlərin mövzusuna uyğun olaraq müxtəlif sosial məsələlərlə bağlı müzakirələr və debatlar da təşkil olunacaq. Bundan əlavə, festival boyu müxtəlif konsertlər və sərgilər də keçiriləcək.

 

Azərbaycanlı auditoriyanın sənədli film janrını daha dərindən kəşf etməsi ilə yanaşı, DokuBaku BSFF yeni filmlərin çəkilməsini və nümayişini təşviq edərək, yerli filmmeykerlərə dəstək olmağı qarşısına məqsəd qoyub.

 

 

 

Festivalın büdcəsinin azlığına görə, yalnız qısametrajlı filmlərin qaliblərini növbəti proyektlərini həyata keçirmək üçün mükafatlar gözləyir.

 

Qeyd edək ki, "Dəhliz" filminin rejissoru İqrar  Qurban,  keçən ilki qısametrajlı filmlər müsabiqəsinin qalibi olmuş həmyerlimiz, Berlinale Beynəlxalq Film Festivalının iştirakçısı olub.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018