Tramp De Nironu geri zəkalı adlandırıb

ABŞ prezidenti Donald Tramp aktyor De Nironu “çox aşağı İQ-lü adam” adlandırıb.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Tramp bunu De Nironun onun ünvanına söylədiyi söyüşə cavab olaraq deyib. Belə ki, aktyor “Toni” teatr mükafatının təqdimolunması mərasimində prezidenti söymüşdü.

 

Prezident onun çıxışına baxdığını yazıb. “De niro, aşağı İQ-lü adamdır, ola bilsin ki, o, çəkildiyi filmlərdə boksçulardan başına çox zərbələr alıb” – deyə, Tramp tvitter səhifəsində yazıb. Onun fikrincə De Niro ABŞ siyasətinin gətirdiyi  iqtisadi gəlirləri başa düşmür. O aktyoru “yuxudan ayılmağa” çağırıb.

 

 

 

 

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018