Bu yazını rəssamları bir-birindən ayıra bilməyənlər oxusun

Rəssamları əsərlərinə görə necə tanımaq olar? Kulis.az bunun ən asan yolunu sizə təqdim edir.

 

1. Əgər tabloda bütün insanların bədən üzvləri ciddi deformasiyaya uğrayıbsa, bu əsərin müəllifi çox güman Pablo Pikassodur.

 

 

2. Tablodakı bütün insanların yanları iridirsə, deməli bunu Rubens çəkib.

 

 

3. Əgər tabloda gördüyünüz təsvir bir narkomanın xəyal məhsuluna bənzəyirsə bu iş Salvador Dalinindir.

 

 

4. Əgər bütün kişilər, hətta qadınlar Putinə oxşayırsa... Bunu Yan Van Eyk çəkib.

 

 

5. Tabloda bütün kişilər şəhlagözlü və buruq saçlıdırlarsa, deməli bu əsər Karavacoya aiddir.

 

 

6. Rəsm qaranlıq fondadırsa və insanların üzündə dəhşətli əzab görünürsə, deməli, bunu Tisian çəkib.

 

 

7. Tabloda çoxlu sayda kiçik adam varsa və qalan hər şey yerindədirsə, deməli bu rəsm əsəri Breyqelə məxsusdur.

 

 

8. Əsərdə çoxlu sayda kiçik adam təsvir olunubsa, hər şey qarmaqarışıqdırsa, xeyli qəribə predmetlər varsa və axmaq-axmaq şeylər baş veribsə... Bu əsəri şübhəsiz, Bosx çəkib.

 

 

9. Rəsmdə təsvir olunan adam bomja oxşayırsa və onun üzünə çırağın zəif işığı yanırsa, deməli bu iş Rembrandta aiddir.

 

 

10. Tabloda ətli-canlı mələklər, bir də quzular təsvir olunubsa, yəqin ki, Buşenin işidir.

 

 

11. Əgər rəsm əsərindəki qəhrəmanlar gözəl, çılpaq və əzələləri şişirdilmiş təsvir olunubsa, onu yüz faiz Mikelancolo çəkib.

 

 

12. Tabloda balerina görürsünüzsə, deməli Deqanın işidir.

 

 

13. Rəsm əsərində hər şey kontrastlı, sərtdirsə, mavi bir rənglə boyanıbsa və obrazların gərilmiş, uzun saqqallı üzləri varsa, deməli bunu El Qreko çəkib.

 

 

14. Əgər təsvir olunan qadın çatmaqaşdırsa, deməli, bu iş Frida Kaloya aiddir.

 

 

15. Fon rənbərəngdirsə və adam yoxdusa, tablonu Mone çəkib.

 

 

16. Rəngbərəng fon və şən adamlar varsa, deməli Renuar çəkib.

 

 

17. Rəngbərəng fon və qəmli adamlar varsa, bunu Mane çəkib.

 

 

18.  “Üzüklərin hökmdarı”ndan bir təsvir, mavi duman, aristokratik görünüşdə buruq saçlı Madonna varsa – deməli bu iş Leonardo da Vinçinindir.

 

 

19. Excel cədvəlləri təsvir olunubsa, deməli Mondrianın rəsmidir.

 

 

 

 

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018