Dünya çempionatından sonra Rusiya haqqında film olacaq

 

Pyer Reşar və Jerar Depardye bu əyalətdən film çəkmək istəyirlər.

 

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur aktyorlar Rusiyanın Mordoviya əyalətindən film çəkəcəklər.

 

Bu haqda əyalətin başçısı Vladimir Volkov məlumat verib. Onun sözlərinə görə, Depardyenin yazdığı ssenari ilə tanış olub və bəzi əlavələrini dilə gətirib.

 

“Depardye və Pyer Reşar Mordoviyadan sənədli film çəkmək fikrindədirlər”. – Vladimir Volkov əlavə edib.

 

Xatırladaq ki, filmin çəkilişləri Futbol üzrə Dünya Çempionatından sonra başlayacaq.

 

 

 

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018