Silvestr Stallonenin təcavüz işinə baxılacaq

 

Prokurorlar Silvestr Stallonenin təcavüz işinə baxıb.

 

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, seksual təcavüzdə ittiham olunan məşhur aktyorun işi araşdırılacaq.

 

Seksual təcavüzün araşdırılması üçün xüsusi qrup təyin olunub. Onlar bu iş üzrə istintaq aparacaqlar.

 

Xatırladaq ki, keçən il Kaliforniya ştatının Santa-Monika şəhərində təcavüz hadisəsi olduğu bildirilib. Polisə şikayətə gələn qadınlar təcavüzün məşhur aktor Silvestr Stallone tərəfindən edildiyini açıqlayıblar. Onların sözlərinə görə, hadisə 1990-cı ildə olub.

 

Aktyorun vəkili bildirib ki, Stallone bu ittihamları qətiyyən qəbul etmir.

 

 

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018