Kitabxananın şəklini çək  göndər, hədiyyə qazan

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ailəliklə kitabxanaya” birgə layihəsi çərçivəsində “Ən zəngin ev kitabxanası olan ailə” müsabiqəsini elan edirlər.

 

Kulis.azın bilikfondu.gov.az saytına istinadən verdiyi xəbərə görə müsabiqədə iştirak etmək istəyənlər ev kitabxanalarının fotoşəklini çəkib göndərməlidirlər.

 

Fotolar 30 avqust 2018-ci il tarixinədək evkitabxanasi@gmail.com elektron ünvanına göndərilməlidir.

 

Müsabiqənin yekununda ən zəngin ev kitabxanası olan ailə

təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyə ilə mükafatlandırılacaq.

 

 

 

Müsabiqənin şərtləri:

 

Fotolar 2048/1536 ölçüdə təqdim olunmalıdır.

 

Fotolara zəruri məlumatlar (ad, soyad, əlaqə telefonu, ünvan) qeyd edilməlidir.

 

Hər ailə müsabiqəyə iki foto təqdim edə bilər.

 

Təşkilat Komitəsi yalnız orijinal fotoları qəbul edəcəkdir.

 

Qeyd: Bu məqsədlə Təşkilat Komitəsinin üzvləri tərəfindən qalib seçilmiş ailənin ev kitabxanasına baxış keçirilməsi nəzərdə tutulur.

 

 

LENT

22 İyul 2018
21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018