“Əsa” teatrı haqda sənədli film təqdim olunacaq

İyunun 25-də, saat 17-də “CinemaPlus Azerbaijan” kinoteatrında “Əsa” teatrı və onun əməkdaşlarından bəhs edən “Döngə” sənədli filminin təqdimat mərasimi keçiriləcək.

 

Kulis.azın verdiyi xəbərə görə, filmdə “Əsa” teatrının fəaliyyəti ilə yanaşı, qəhrəmanlar öz həyat hekayələrini, məşğuliyyət və maraq dairələrini tamaşaçıları ilə bölüşürlər. 

 

Filmin ssenari müəllifi və rejissoru Vəfa Ağabalayevadır. O, filmdə insanlara biganə yanaşmamağa və fərqləri deyil, istedadları görməyə çağırır. Həmçinin məhdudiyyəti olan insanların cəmiyyətə olan mesajlarını da çatdırmağa çalışır.

 

Filmin quruluşçu operatoru Yusif Şəfiyev, prodüseri Tamerlan Hüseynov, bəstəkarı Rəşad Həmidovdur. Filmə texniki dəstəyi Cavid İmamverdiyev göstərib.

 

“Döngə” sənədli filminin PR, eyni zamanda beynəlxalq festivallara təqdim edilməsi üçün ingilis dilində subtitrlərinin hazırlanması “AzerNewMedia” tərəfindən həyata keçirilir.

 

“Döngə” sənədli filminin yayım dəstəkçisi “CinemaPlus” Kinoteatrlar Şəbəkəsidir.

 

LENT

22 İyul 2018
21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018