Futbolçular tarixi şəxsiyyət elan edildilər

Rusiyada futbol çempionatına həsr olunmuş sərgi açılıb.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, “Tanrı kimi...” adlanan sərgidə italiya rəssamı Fabrisio Birimbellinin 40-dan artıq portreti nümayiş olunur.

 

Portretlərdə tanınmış futbolçular tarixi şəxsiyyətlərin obrazında təqdim olunub.

 

Portretlər arasında Zlatan İbrahimoviç, Lionel Messi, Kristian Ronaldu və Ueyn Runi var.

 

Birimbellinin portretlərində futbolçular general mundirlərində, kral əbalarında geyinib. Lakin portretlərin hamısında bir detal futbolçuların əsl peşələrini xatırladır; məsələn, futbolçu Salahın mundirinə Misirin milli yığmasının nişanı taxılıb, Ronaldonun yaxasında isə “Real”ın loqotipinin rənglərini xatırladan medal var.

 

“Tanrı kimi...” adlanan sərgi “Sərhədsiz futbol” aksiyası çərçivəsində iyulun 5-dək davam edəcək.

 

LENT

22 İyul 2018
21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018