“Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabı təqdim olunacaq

Bu gün AMEA Nizami adına Ədəbiyyat İnstitutunda “Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai Birliyinin təşkilatçılığı ilə “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabın təqdimatı olacaq.

 

C.Cabbarlının ev-muzeyinin direktoru direktoru Qəmər Bağırova AZƏRTAC-a bildirib ki, kitabın müəllifi fililogiya elmləri doktoru, professor Asif Rüstəmlidir.

 

Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Təhsil müəssisələrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusuna həsr olunan əsərlərin, vətənpərvərlik ideyalarının təbliği” layihəsi çərçivəsində “C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai Birliyi tərəfindən hazırlanıb. Layihənin rəhbəri C.Cabbarlının ev-muzeyinin direktoru, C.Cabbarlı adına İcimai Birliyin sədri Qəmər Bağırovadır.

 

Kitabda görkəmli dramaturq, peşəkar yazıçı, istedadlı şair, istiqlal mücadiləsinin fəal üzvlərindən biri Cəfər Cabbarlının Azərbaycan Xalq Cümhuriyyəti dövrü, ondan əvvəlki və sonrakı fəaliyyət sferası, sovet rejiminə qarşı qeyri-leqal mübarizədə Milli İstiqlal Hərəkatına (1920-1923) qoşulması, gizli “İstiqlal” (1922-1923) qəzetinin nəşri prosesində iştirakı, məhbəs həyatı zəngin arxiv materialları əsasında geniş tədqiq və təqdim olunub.

 

LENT

22 İyul 2018
21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018