Orxan Pamuk Azərbaycan Yazıçılar Birliyindən danışdı - VİDEO

İstanbulda yaşayan “525-ci qəzet”in əməkdaşı şair-esseist Ramil Əhməd Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, məşhur türk yazıçısı Orxan Pamukla görüşüb.

 

Bir saatdan artıq çəkən bu görüş Orxan Pamukun evində baş tutub. Ramil Əhməd Orxan Pamukdan “525-ci qəzet”ə özəl olaraq müsahibə alıb. Bu müsahibədə Pamuk ilk dəfə həm Bakı haqqında, həm hazırda yazdığı “Vəba gecələri” romanı, həm də avqust ayında nəşr olunacaq yeni kitabı barəsində danışıb.

 

 

Müsahibədə Orxan Pamuk 2004-cü ildə Bakıda keçirdiyi günlərdən, Yazıçılar Birliyindən, yaxın günlərdə yayımlanan Orxan Pamuk külliyatından, İstanbulun sürətli dəyişimindən, “Məsumiyət Muzeyi”ndə görülən yeni işlərdən, bu yaxınlarda qayıtdığı İran səfərindən və digər mövzulardan söhbət açıb.

 

Müsahibənin qısa video-anonsunu paylaşırıq. “525-ci qəzet”in 30 iyunda nəşr olunacaq şənbə nömrəsində söhbətin tam mətnini oxuya biləcəksiniz.

 

 

LENT

22 İyul 2018
21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018