“Elçibəy - 80” müsabiqəsinin qalibləri bəlli oldu

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Əbülfəz Elçibəy – 80” yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

 

Kulis.azın verdiyi xəbərə görə, müsabiqədə tanınmış jurnalistlər Ləman Ələşrəfqızı (1-ci yer), Jalə Mütəllimova (2-ci yer), Səbuhi Məmmədli (3-cü yer) Kəramət Böyükçöl, Cəlil Cavanşir, Azad Qaradərəli, Hikmət Orhun (həvəsləndirici) və başqaları qalib olublar.

 

Xatırladaq ki, müsabiqəyə yazılar 12 min işarədən artıq olmamaq və indiyə qədər heç bir yerdə çap edilməmək şərti ilə təqdim edilmişdi. Müsabiqə üçün nəzərdə tutulmuş mükafat fondu 1-ci yer üçün 1 500, 2-ci yer üçün 1 000, 3-cü yer üçün 500 manat, qalan 10 həvəsləndirici yer üçünsə 100 manatdır.

 

LENT

16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018
12 İyul 2018