Şəhriyar Del Gerani “Xalqın şairi”nin qalibi oldu

 

Bu gün Beynəlxalq Muğam Mərkəzində “Xalqın şairi” yarışmasının final çəkilişləri olub.

 

Kulis.azın verdiyi məlumata görə, ARB kanalında yayımlanan və böyük maraq doğuran “Xalqın şairi” layihəsinin qalibi tanınmış şair Şəhriyar Del Gerani olub.

 

 

İkinci yerə Həsən Kür və Qismət Mənsimov layiq görülüb. Mehman Rəsul adlı iştirakçı isə üçüncü yerdə qərarlaşıb.

 

Xəbər verdiyimiz kimi, əvvəlcədən “Xalqın şairi” yarışmasının qalibi evlə təmin olunacaqdı. Lakin layihənin rəhbəri Mübariz Əsgərov ev verilməyəcəyini, evin dəyərində pulun mükafatçılar arasında bölüşdürüləcəyini açıqlamışdı.

 

Xatırladaq ki, yaxın zamanlarda final çəkilişini ARB kanalında izləyə biləcəksiniz. 

 

 

 

 

 

LENT

22 İyul 2018
21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018