Bütün dövrlərin ən yaxşı romanı seçildi

Bəşər tarixinin ən yaxşı romanı seçilib.

 

Kulis.az-ın verdiyi xəbərə görə,  Britaniyanın Daily Telegraph qəzetinin dəvət etdiyi ekspertlər ilk yerdə ingilis yazıçısı Corc Eliotun “Midlmarç” romanını görüblər.

 

İkinci yerdə Herman Melvillin “Mobi Dika” romanıdır.

 

Lev Tolstoyun “Anna Karenina” romanı “Bütün dövrlərin ən yaxşı romanı” siyahısında üçüncüdür.

 

Henri Ceymsin “Qadın portreti” romanı dördüncü, Cozef Konradın “Qaranlıqların ürəyi” əsəri beşinci yerdədir.

 

Onluğa düşən əsərlər isə Marsel Prustun “İtirilmiş zamanın axtarışında”, Şarlotta Brontenin “Ceyn Eyr”, Con Maksvel Kutzeenin “Şərəfsizlik”, Virciniya Vulfun “Misis Dellouey” və Migel de Servantesin “Don Kixot” romanlarıdır.

 

LENT

16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018
12 İyul 2018