Yeni mədəniyyət portalı yaradıldı: nargin.az

İyunun 25-dən ölkədə yeni mədəniyyət portalı fəaliyyətə başlayıb.

 

“Nargin – Sənət adası” adı ilə işə başlayan portal ölkədə ədəbi mühitin canlanmasına, yeni sənət platformasının formalaşmasına xidmət edəcək.


İstedadlı gənclərin birgə səyi nəticəsində yaradılan sayt dünya və Azərbaycanda ərsəyə gələn sənət nümunələrini sərgiləyəcək, eyni zamanda ölkənin mədəniyyət gündəmini dəyərli nöqtələrə daşımağa çalışacaq.

 

Yaradıcı heyət portalın ad seçimində “Nargin.Az”a üstünlük verilməsini bu adada dəfn edilən mədəniyyət, qırılan ədəbi ənənə ilə əlaqələndirir. Saytın adında həmçinin cəmiyyətdə azlıq təşkil edən sənətsevərlərin ada təəssüratı yaratması da simvollaşdırlıb.

 

Nargin.Az-ın ugurlari ucun istedadli gənc yazar və jurnalistlərdən ibarət yaradıcı komanda çalışacaq. Saytın baş redaktoru Sərdar Amindir.

 

LENT

22 İyul 2018
21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018