Görkəmli İran rejissoru ilə Bakıda görüş keçiriləcək

Əslən azərbaycanlı olan görkəmli İran rejissoru Məcid Məcidi ilə görüş keçiriləcək.

 

Mədəniyyət Nazirliyindən Kulis.aza verilən xəbərə görə, görüş İran Mədəniyyəti Günləri çərçivəsində iyunun 29-u saat 16-da Dövlət Film Fondunda baş tutacaq.

 

Bir gün öncə isə Nizami Kino Mərkəzində Məcid Məcidinin məşhur “Məhəmməd: Allahın elçisi” filmi təqdim olunacaq.

 

Azərbaycan tamaşaçısı Məcid Məcidini “Sərçələrin nəğməsi”, “Cənnətin uşaqları”, “Cənnətin rəngi”, “Baran” və digər məşhur filmlərdən tanıyır.    

 

LENT

18 İyul 2018
17 İyul 2018
16 İyul 2018