Kadir İnanır kinoya qayıdır – 7 il sonra

Məşhur türk aktyor Kadir İnanır 7 illik fasilədən sonra kinoya dönür.

 

Kulis.azın türk mətbuatlına istinadən verdiyi xəbərə görə, aktyor “Qapı” adlı filmə çəkiləcək. Rejissor Nihat Durakın quruluş verdiyi filmin çəkilişləri bu ilin avqustunda başlayacaq.  

 

Xatırladaq ki, Kadir İnanır Türkiyənin ən çox filmə çəkilən aktyorlarındandır. O, indiyədək 182 bədii filmə, 7 seriala çəkilib.

 

LENT

18 İyul 2018
17 İyul 2018
16 İyul 2018