“Payız sonatası” tamaşası - PREMYERA

 

İyulun 7-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında İnqmar Berqmanın pyesi əsasında hazırlanmış “Payız sonatası” adlı tamaşanın premyerası olacaq.

 

Tamaşanın quruluşçu rejissoru İlqar Safat, dekorasiya rəssamı Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Olqa Abbasovadır. Səhnə əsərinin musiqi tərtibatı İlqar Safatındır.

 

Tamaşada Azərbaycanın Xalq Artisti Lyudmila Duxovnaya, teatrın aktyorları Rumiyə Ağayeva, Natəvan Hacıyeva, Aleksey Saprıkin çıxış edəcəklər./azertag.az/

LENT

18 İyul 2018
17 İyul 2018
16 İyul 2018