Holavar oxuyur evlər – Bazar Oxusu

Kulis.az “Bazar oxusu” layihəsindən Zahir Əzəmətin “Talış kəndi” şeirini təqdim edir.

 

kirəmitli evlər…

dağların meşələrin boynuna atılmış

qırmızı təsbeh

 

qoca zaman

sevir yaman təsbeh çevirməyi…

 

holavar oxuyur evlər

damına qonmuş quşların diliylə

necə ki çəltik vərləri

danışır dalğa-dalğa

içinə doluşan adamların

qarışıq səsləriylə:

- ey riza kişi

bir qırmızı naxışlı beşik düzəldərsən

oğlum olacaq

üç qızıma tək qardaş…

 

- ey riza kişi

bir kisə düyü verəcəyəm

bir kisə düyü

oğlum olarsa…

 

gülümsəyir qoca riza

baxıb iri əllərinə

- oğlun olarsa

adını nəsir qoyarsan… nəsir…

məndən də beşik hədiyyəsi…

 

gülüşür qadınlar

palçığa batmış ayaqları şəndir…

 

qoca zaman

sevir yaman palçıq yoğurmağı…

 

 

 

Nəriman Həsənzadə “Nə qəribədir”

Zəlimxan Yqub “Yavaş yeri”

Əlisəmid Kür “Kentavr”

Vaqif Bayatlı “Qardaşım ağaclar”

Salam Sarvan “Bağışla, otağim tör-toküntüdü”

Musa Yaqub “Taleyin qisməti” 

Ramiz Rövşən “Ayrılıq”

Səməd Vurğun “Mən tələsmirəm...”

Vaqif Səmədoğlu “Əlin sınaydı sanitar”

Ələkbər Salahzadə “Bir də gördün”

Məmməd Rahim “Saldı qara gözlərin”

Bəxtiyar Vahabzadə “Bir salama dəymədi” 

Vaqif Bayatlı Odər “Ölümdən sonra başlar şair ömrü”

Eldar Baxış "Gecənin bir aləmi"

Murad Köhnəqla “Dərdalgin”

Şaiq Vəli “Meyxanəçi”

Aqşin Yenisey “Kənd”

Əli Kərim "Atamın xatirəsi"

Tofiq Bayramın “Ay gecikən məhəbbətim”

Ramiz Rövşənin Məhəmməd Hadiyə həsr etdiyi şeir

Rasim Qaraca. "Əgər ən yaxın dostun"

Əlizadə Nuri. "Ana"

Vaqif Səmədoğlu. "Sevgilim mən öləndə"

Xanəmir. "Uşaq qəbri"

Məmməd Araz. Ana yurdum, hər daşına üz qoyum

Əli Kərim “...xatirəsinə”

Musa Yaqub “Klassiklərə bənzətmə”

Əli Kərim. "Qayıt"

Xəlil Rza. "Azadlıq"

Əliağa Vahid. "Qəzəl"

Məmməd İsmayıl “Təzədən mən sənə qayıdacağam”

Şəhriyar del Gerani “Bütün küçə uşaqlarına...”

Rəsul Rza  "Şuşam mənim"

M.F.Axundovun aşıq şeiri

Rüstəm Behrudi "Salam dar ağacı"

Osman Sarıvəlli "Günah onun özündədir”

Zahir Əzəmət "Talış kəndi"

 

LENT

18 İyul 2018
17 İyul 2018
16 İyul 2018