Tolstoyun əlyazmalar muzeyi açıla bilər

Moskvada Lev Tolstoyun əlyazmalarından ibarət muzey açıla bilər. Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə bu təkliflə yazıçının ev muzeyinin direktor köməkçisi Fekla Tolstaya çıxış  edib.

 

O, bildirib ki, muzeydə 50 kvadrat metrlik otaqda yazıçının iki milyon əlyazma vərəqi qorunur. Onun sözlərinə görə dünyanın heç bir yerində bu qədər genişmiqyaslı eksponatlar yoxdu. Buna görə də yazıçının əlyazmalarından ibarət ayrıca muzey açılmasını təklif edib.

 

Fekla  Tolstaya Lev Tolstoyun iki yüz illik yubilyeyinin keçirilməsi çərçivəsində görüləcək işlərdən biri kimi belə bir muzeyin yaradılmasının ola biləcəyini də vurğulayıb.

 

 

LENT

18 İyul 2018
17 İyul 2018
16 İyul 2018