Əlilliyi olanların sərgisi keçiriləcək

İyulun 12-də “Əlil Qadınlar” Cəmiyyətinin ofisi yaxınlığındakı parkda (Yasamal rayonu, Əhməd Cavad küçəsi, 7A.) əlilliyi olan insnaların əl işlərindən ibarət sərgi keçirləcək.

 

Kulis.azın verdiyi xəbərə görə, sərgi Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Əlil Təşkilatları İttifaqı və “Əlil Qadınlar” Cəmiyyətinin birgə təşkilatçılığı ilə təşkil olunur

 

Müxtəlif dövlət qurumları və beynəlxalq qurumların nümayəndələri, KİV  nümayəndələrinin iştirak edəcəyi tədbirdə 20-ə yaxın xüsusi qayğıya ehtiyacı olan insanın tikmə, qrafika, xalçaçılıq və s. əl işləri nümayiş olunacaq.

 

Maraqlananlar iştirak edə bilərlər.

 

LENT

21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018