Homerin poemasına aid gil lövhə tapılıb - FOTO

Yunanıstanda Homerin “Odissey” poemasına aid gil lövhə tapılıb.

 

Kulis.azın rus saytlarına istinadən verdiyi xəbərə görə, “Odissey” poemasının 13-cü sətrinin yazılmış olduğu gil lövhə Yunanıstanın Elida bölgəsində yerləşən Olimpiya şəhərindəki antik yunan məbədi yaxınlığından aparılan qazıntılar zamanı tapılıb.

 

Lövhə əsrlərdən bəri yığılıb kirəcləşən qalıqlardan təmizləndikdən sonra üzərində Odisseyin sadiq dostu Evmeyin çıxışına aid misraların olduğu müəyyənləşdirilib.

 

Yunanıstan Mədəniyyət Nazirliyinin verdiyi açıqlamaya görə, laboratoriyalarda bəzi şübhıli məqamlar tam təsdiqlənsə tapıntı Homer eposlarının indiyə qədər olan ən qədim yazılı mətn kimi qəbul ediləcək: "Belə bir şey tapacağımızı təxmin etmirdik. Bu kəşf çox dəyərlidir. Olimpiya torpağının bizə daha qiymətli xəzinələr verəcəyinə inanıram."

                   

Yunanistan'da Homeros Destanlarına Ait Bir Kil Levha Bulundu

  

LENT

21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018